Your Cart
SEO Nədir

SEO Nədir?

SEO Nədir? SEO necə olmalıdır? SEO xidməti axtarırsınız? – suallarına bu yazıda cavab verək. Əgər onlayn işinizi yeni yaratmısınızsa bu sual tezliklə sizi maraqlandırmağa başlayacaqdır. SEO nədir? sualının cavabı biznesinizin davamlı inkişafı və daha çox müştəri əldə etmək üçün yeganə ucuz variant olduğunu deyə bilərəm. Əslində SEO qısaldılması ingilis dilində Search Engine Optimization sözlərinin baş hərflərindən ibarət olan ifadədir. SEO Nədir? SEO necə olmalıdır? SEO xidməti? – Onlayn işinizin yəni saytınızın iş planının axtarış motorlarının tələblərinə uyğun bir formada quraraq, heç bir ödəniş etmədən axtarış nəticələrində üst sıralarda görsənməyinizdir.

SEO niyə önəmlidir?

SEO nədir sualının cavabı qədər SEO niyə önəmlidir sualı da hər bir biznesin olmazsa-olmazıdır. Onlayn yada oflayn biznesiniz üçün qurduğunuz veb sayt nə qədər mükəmməl olsada 24 saat sizin reklamınıza xidmət etmirsə demək uğursuzdur. Gəlin bu məsələni bir az sadələşdirək. Fərz edək ki, uşaq ayaqqabıları satan mağazanız var və siz mağazanıza internetdəndə müştərilər cəlb edərək satışlarınızı artırmaq istəyirsiniz.

Başlamaq üçün ilk addım mağazanıza domain adı alaraq e-ticarət saytlarının hazırlanması ilə məşğul olan bir şirkətlə anlaşaraq mağaza saytınızı yaratmaq olacaqdır. Mağaza saytınızı zövqünüzə uyğun çox gözəl görünüşdə yaratdığınızı var sayaq. E-ticarət saytınız artıq hazırdır və məhsullarınızı saytınıza yükləmənizə baxmayaraq hələdə internetdən müştəri cəlb edə bilmirsiniz… SEO nədir

İnternetdən müştəri cəlb etmək üçün saytınızın “uşaq ayaqqabıları” axtarış nəticələrində görsənməsi lazımdır. Uzun və ciddi araştırmalar sübut edir ki, uşaq ayaqqabısı almaq istəyən bir müştəri google -da axtarış edib ilk səhifədə çıxan mağaza saytlarını ziyarət edir. Google -da ilk səhifədə görsənməyin iki yolu var:

  1. Google reklamları verərək ilk səhifədə görsənmək
  2. Düzgün SEO strategiyası quraraq pul xərcləmədən ilk səhifədə görsənmək

Düşünürəm ki, yuxarıda verdiyim nümunə sizə SEO niyə önəmlidir? sualının cavabını mümkün qədər sadə bir dildə izah edir. Əgər az pul xərcləyərək daha çox müştəri qazanmaq, rəqiblərinizdən öndə olmaq istəyirsinizsə mütləq SEO nədir dəstəyi almalısınız. SEO su olmayan bir sayt dost çevrənizdən kənara satış edə bilməz. Saytlar rəqabətin böyüdüyü onlayn bazarda SEO strategiyalarını davamlı inkişaf etdirməyə məcburdurlar.

SEO yaxşıdır yoxsa SEM?

SEO və SEM -i dünyanının ən çox istifadə edilən axtarış motoru olan google -a görə analız edək. Google da axtarış nəticələrində ön səhifədə görsənməyin iki yolu var. Bunu yuxarıdada qeyd etdiyimiz kimi ödənişli və ya ödənişsiz etmək mümkündür. Google da ödənişsiz üst sıralarda gösrsənməyə SEO köməyi ilə nail ola bilərsiniz. SEO nədir davamlı işləmək və zaman tələb edən bir prossesdir.

Bundan başqa google və digər axtarış motorlarının axtarış nəticələrində üs sıralarda görsənməyiniz üçün təklif etdikləri pullu reklam xidmətləridə var ki bu SEM yəni Search Engine Marketing adlanır. Search Engine Marketing haqqında daha ətraflı SEM nədir? başlıqlı yazımızdan daha ətraflı məlumat ala bilərsiniz. SEO və SEM nəticə etibarı ilə eyni məqsədə qulluq edir.

Hər iki xidmət sizin daha çox müştəri qazanmaq, daha çox satış etməyiniz üçün həyata keçirilən fəaliyyətlərdir. Sadəcə SEO SEM dən fərqli olaraq bunu daha ucuz və təbbi yollarla edir. Məsələn hər klik üçün 1 dollar ödədiyiniz bir reklam düşünün. Reklamınıza hər tıklanıb satdığınız məhsul və ya xidmətin linkinə giriş edildikdə google sizin büccənizdən 1 dollar siləcək. 100 tıklama = 100 dollar deməkdir. SEM də daha çox müştəri daha çox xərc deməkdir.

Ancaq SEO SEM -ə nisbətən daha az xərclə daha çox müştəri qazanmağın ən sərfəli yoludur. SEO strategiyası tətbiq edilərək qazanılmış müştəri axını davamı inkişaf edən tendensiya ilə davam edir. Nəticədə belə qərara gəlirik ki SEM daha tez və ödənişli nəticə almaq üçün ideal variantdır. SEO isə tədricən inkişaf edən və davamlı olan etibarlı nəticə almaq üçündür.

Daxili SEO nədir? On-page SEO

SEO strategiyasının tətbiqi sayt daxili seo və sayt xarici seo olaraq iki qrupa bölünür. Sayt daxili SEO saytınızda yerləşdirdiyiniz məhsullar/xidmətlər, onlara aid foto video görüntülər, dizaynı, müəlliflik, açar sözlərin seçilməsi, məhsul/xidmət haqqında yazılar və yazı həcmi, daxili linkləmə və bunun kimi prosseslərin həyata keçrilməsinə deyilir.

Xarici SEO nədir? Off-page SEO

Xarici SEO əsasən saytınızın popluyarlaşdırılması üçün kənarda görülən işlərə deyilir. Xarici SEO ya reklam saytlarında verdiyiniz reklamlar, xəbər saytlarında haqqınızda yayımlanan linkli (istinadla) xəbərlər, sosyal şəbəkələrdə saytınıza aid kanallar və paylaşımları aid edilə bilər.

SEO da saytın popluyarlığı

Saytlarınızın axtarış nəticələridnə üst sıralarda görsənməyi üçün, daxili və xarici SEO-dan başqa ziyarətçilərin saytda qalma müddəti, apardıqları əməliyyatlar kimi bəzi elementlərdə də təsirli olur. Google açıqlamadığı bir çox kriteriyalara görə saytların siralanmasını həyata keçirir.

Bu yazımızda sadəcə “SEO nədir?” sualına cavab axtararaq SEO-nun əsas şərtlərini nəzərdən keçirdik. Gələcək bloq yazılarımızı izləməyi unutmayın və hər addımda yaranmış sualları rəylərdə bizə yazın.


Seo mütəxəssisi
/ seo xidmeti

İstifadə olunan qaynaq:

Google Developers