Your Cart

Mobil Tətbiqlərin Hazırlanması

Mobil tətbiqlərin hazırlanması üçün proqramçı və yaxud dizayner axtarırsınız. Tətbiqlərin dizaynından başlayaraq, inkişaf mərhələlərinə qədər olan bütün vacib adımlar bu yazıda ətraflı şəkildə izah edəcəyik.

Nəyə görə mobil tətbiqlər bu qədər mühümdür?

Mobil tətbiqlər, müasir dünyada istifadəçi davranışlarını və iş proseslərini köklü şəkildə dəyişmişdir. Mobil tətbiqlərin istifadəsi gündən gündə sürətli bir şəkildə artmaqdadır.  İstifadəçilər üçün asanlıq və əlçatanlıq təmin edən mobil tətbiqlər, işləri daha effektiv və interaktiv etmək imkanı yaradır.

Mobil tətbiqlərin hazırlanma mərhələləri

İdeya və konsepsiyanın müəyyənləşdirilməsi

İlk addım hər hansı bir mobil tətbiqin fikir və konsepsiyasını müəyyən etməkdir. Bu mərhələdə, tətbiqin məqsədi, hədəf auditoriyası və əsas funksiyaları dəqiqləşdirilərək texniki tapşırıq hazırlanmalıdır.

Dizayn və kodlaşdırma – Proqramlaşdırma

Dizayn mərhələsində, tətbiqin interfeysi (görünüşü) və istifadəçi təcrübəsi formalaşdırılır. İnkişaf (kodlaşdırma) mərhələsində isə, tətbiqin texniki quruluşu və proqramlaşdırma işləri həyata keçirilir.

Mobil tətbiqlərin hazırlanması

Test mərhələsi və optimallaşdırma

Test mərhələsində tətbiq müxtəlif cihazlar və əməliyyat sistemləri üzərində sınaqdan keçirilir. Bu mərhələ, tətbiqdəki hər hansı səhvlərin aşkarlanması və düzəldilməsi üçün vacibdir.

Əsas texnologiyalar və alətlər

Mobil tətbiqlərin yaradılması zamanı istifadə olunan əsas texnologiyalar və alətlər layihənizə əsasən seçilir. Aşağıdakı həllərdən biri və ya bir neçəsi istifadə edilir.

  • Android Studio və Xcode
  • Flutter, React Native kimi platformalar
  • Firebase və AWS
  • Rest API

Mobil aplikasiyalar günümüzün texnologiya dünyasında mühüm bir yer tutur. Bu aplikasiyalar, istifadəçilərin ehtiyaclarına uyğun olaraq bir neçə fərqli kateqoriyaya ayrılır. İlk növ, yerli mobil aplikasiyalar (native apps) adlanır ki, bunlar konkret bir əməliyyat sistemi üçün hazırlanmış və optimallaşdırılmışdır. Android və iOS platformaları üçün xüsusi proqramlaşdırma dillərində yazılan bu aplikasiyalar, cihazın bütün funksiyalarından tam istifadə etməyə imkan verir, bu da yüksək performans və istifadəçi təcrübəsi təmin edir.

Mobil tətbiqlərin təhlükəsizliyi

Mobil tətbiqlərin təhlükəsizliyi, istifadəçi məlumatlarının qorunması üçün həyata keçirilən bir sıra tədbirlər toplusundan ibarətdir. Qeyd etmək istərik ki Google Play Store və Apple App Store təhlükəsizlik məsələlərinə həddindən çox önəm verir. Əgər mobil tətbiqinizdə hər hansı bir təhlükəsizlik açığı varsa  bu platformalar mobil aplikasiyanızı yayımlamaqdan imtina edəcəklər.

Uğurlu mobil tətbiq nümunələri

Azərbaycanda ən çox yüklənən mobil tətbiqlərin siyahısı yayımlandı. Ən son məlumata görə “Teleqram” proqramına olan maraq daha da artıb. Telegram ölkədə ən çox yüklənən tətbiq olub. 
İkinci yerdə isə “Getcontact” gəlir. Bu tətbiq vasitəsilə istifadəçi ona zəng edən nömrənin kimliyini öyrənə bilir. 
3 və 4-cü yerdə isə “WhatsApp” və “WhatsApp Business” ani mesajlaşma tətbiqi gəlir. 
TOP 5-liyi isə  “Araz market mobil tətbiqi” tamamlayır. 

Bizim hazırladığımız mobil tətbiqlərdən bəziləri

Previous slide
Next slide

Mobil tətbiqlərin istifadə sahələri

Mobil tətbiqlər, hər gün milyonlarla insanın həyatını asanlaşdıran texnoloji inkişaflardır. İstər şəxsi, istərsə də iş həyatında, mobil tətbiqlərin təqdim etdiyi həllər sayəsində bir çox işləri daha sürətli və effektiv şəkildə yerinə yetirmək mümkündür. İşte mobil tətbiqlərin əsas istifadə sahələri:

  1. Təhsil və Öyrənmə:

    • Dərslərə daxil olmaq
    • İnteraktiv təhsil materiallarına çıxış
    • Onlayn sınaqlar və imtahanlar
    • Dil öyrənmək üçün tətbiqlər
  2. Sağlamlıq və Təbabət:

    • Xəstəlikləri izləmək və idarə etmək
    • Həkim randevularını planlaşdırmaq
    • İlaç xatırlatmaları
    • Sağlamlıq məlumatlarına çıxış
  3. E-ticarət:

    • Onlayn alış-veriş
    • Məhsulları müqayisə etmək
    • İstifadəçi rəyləri və reytinqlər
    • Rahat və təhlükəsiz ödəmə seçimləri
  4. Əyləncə və Sosial Media:

    • Filmlər və seriallar üçün striminqlər
    • Musiqi dinləmək
    • Oyunlar oynamaq
    • Sosial şəbəkələrdə qarşılıqlı əlaqə
  5. İş və Ofis Avadanlıqları:

    • E-poçt idarəsi
    • Sənədləri düzəltmək və bölüşmək
    • İş təqvimini idarə etmək
    • Virtual toplantılara qatılmaq
  6. Nəqliyyat və Səyahət:

    • Yol vəziyyətini izləmək
    • Rezervasiyalar etmək
    • Naviqasiya və yol tapma
    • İctimai nəqliyyatın cədvəlinə çıxış

Mobil tətbiqlər, yuxarıda sadalanan sahələrdən başqa, həmçinin maliyyə, daşınmaz əmlak, insan resursları və bir çox digər sahələrdə də geniş tətbiq olunur. Onların köməyi ilə günlük işlərimizi daha rahat və məhsuldar şəkildə yerinə yetirə bilirik, bu da bizə daha çox vaxt qazandırır.

Mobil tətbiqlərin gələcəyi

Texnologiya sürətlə inkişaf etdikcə, mobil tətbiqlərin də rolunun artacağı qaçılmazdır. Yeni texnologiyalar, o cümlədən süni intellekt və maşın öyrənməsi, mobil tətbiqlərin funksiyonalığını daha da genişləndirəcək.

Mobil tətbiqlərin dünyası gələcəkdə daha da genişlənəcək və hər birimizin günlük həyatında mühüm rol oynayacaq. Bu tətbiqlər həyatımızı asanlaşdırmaqla yanaşı, ehtiyaclarımızı daha effektiv şəkildə ödəmək üçün xidmətləri fərdiləşdirir. Sizin də bu böyük dəyişimin bir parçası olmaq və yeniliklər yaratmaq istəyinizi anlayırıq. Yeni bir mobil tətbiq ideyasına sahibsinizsə, indi hərəkətə keçmək üçün ən uyğun zamandır. İnnovasiya və yaradıcılıq ruhunuzu mobil tətbiqinizlə birləşdirərək, istifadəçilərin həyatına müsbət təsir göstərə biləcək və onların günlük işlərini daha rahat və mənalı hala gətirə biləcəksiniz. İndi tətbiqinizin ilk addımını atmağa təşviq edirik, çünki gələcək mobil texnologiyaların qüdrətindədir və bu qüdrətə sahib olmaq sizin öz əllərinizdədir.

dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online