Your Cart

Sayt yaratmaq

Sayt yaratmaq istəyirsiniz?

Sayt yaratmaq üçün atılacaq addımlar və məlumatları bu yazıda tapa bilərsiniz. Biz müasir veb texnologiyalardan və peşəkar yanaşma ilə veb sayt yaratmaq istəyən bizneslərə başlanğıcdan sona qədər dəstək oluruq. Biznesinizin xüsusiyyətlərini nəzərə alaraq məlumat toplayır və fərdiliyinizi əks etdiririk. Saytın növünü və inkişaf üsulunu düzgün seçərək, tam hazır vəziyyətdə veb saytınızı təhvil veririk.

Biz yaratdığımız saytlara tam texniki dəstək və saytın təkmilləşdirilməsi üçün bütün xidmətləri göstəririk.

Əgər internet biznesində yenisinizsə, uğurlu fəaliyyət üçün kifayət edən paket həllərimiz var. Həmçinin, istənilən mürəkkəblikdə olan veb layihələrinizi həyata keçirə bilərik.

Sayt yaratmaq, Saytların yaradılması

Sayt yaratmaq haqqında ən çox verilən suallar

Müştərilərin verdiyi suallar

WordPress daimi inkişafda olan bir sistemdir. 50-dən çox ölkədən rəsmi developerlər tərəfindən dəstəklənir.

WordPress-in üstünlüklərindən bəziləri: sürətli quraşdırma, aydın və rahat idarəetmə paneli, hazır plaginlər və funksionallıq.

Bir çox hazır plaginlər var – təhlükəsizlik, şəkillərin sıxılması, spamdan qorunma və digər məqsədlər üçün.

Bununla yanaşı yüzlərlə burada saya bilmədiyimiz üstünlükləri var. Ancaq sayt yaratmaq üçün platformanı sizin layihənizin məqsədinə uyğun olaraq seçirik. Yəni əgər sizə fayda göstərəcəksə WordPress sistemini məsləhət görürük.

Biz 1997 ci ildən bu günə qədər IT sahəsində peşəkar fəaliyyət göstəririrk. Daimi yüksəlişdə olan tələb və illərin verdiyi təcrübə ilə qiymətləndirmə siyasətimiz digərlərindən gözəçarpacaq qədər fərqlənir.

Komandamızda olan peşəkar developerlərin yerli və xarici bazar üçün hazırladığı fərqli layihələr var. Demək olar ki hər biznes sahəsi üçün sayt yaratmışıq. Əgər bir layihəni ilk dəfə hazırlayırsınızsa ona ayırdığınız vaxt və qaynaq 10 manat dəyərindədirsə ikinci dəfə eyni sifariş üçün ayıracağınız qaynaq yarı-yarıya daha ucuz başa gəlir. Buna görə qiymətlərimizdə bəzən 50% güzəşt edirik. Nəticədə digərlərindən daha yüksək keyfiyyətli saytları daha ucuz qiymətə yaradırıq.

Komandamızda öz layihələri və müştərilərin layihələri üçün bütün təcrübə və biliklərini sərf edən ekspertlər var. Sayt yaratmaq strategiyasını qurur, hədəf auditoriyanı və rəqibləri analiz edirik, satış bazarını tədqiq edirik. Bütün bunlar şirkətimizə olan etimadı artırır və nəticədə uğurlu layihələr və müsbət rəylər əldə edirik. Biz həmişə planlaşdırılandan daha yaxşı iş görürük və buna görə layihələrimiz həm müştərilər həm də Google kimi partnyor şirkətlər tərəfindən mükafatlandırılır.

Hostinq və server qiymətləri sayt yaradılması qiymətinə daxil deyil. Bir domenin qiyməti, seçilmiş domen zonasından (.az; .com; unikal) asılı olaraq ildə orta hesabla 25 – 40 manat təşkil edir.

Hostinq qiymətləri saytın yükündən, istifadəçi sayından və məqsədindən aslı olaraq dəyişir. Təxminən korporativ bir sayt üçün hostinq xərci ortalama illik 300 – 500 azn arasında dəyişir. Ədər veb layihəniz üçün fiziki server və yaxud virtual server tələb olunursa bu zaman xərclər layihəyə görə hesablanmalıdır. Təxminənə bir virtual serverin aylıq xərci 100 – 250 azn arasında dəyişir.

Dizaynla bağlı qərar bir başa sifarişçinin tələbi və büccəsinə görə təyin edilməlidir. Sizə özəl dizaynın hazırlanması unikal görünüş və tam xəyalınızda canlandırdığınız görüntünün əldə edilməsini təmin edir. Lakin Hazır dizayna nisbətən daha çox xərc tələb edir.

Hazır dizayn istifadə etdiyiniz zaman ən azı 1500 – 3000 azn qənaət etmiş olursunuz. Dizayner, HTML, CSS, JavaScript xərclərindən azad olursunuz. Əgər veb layihənizə uyğun uğurlu seçim etmisinizsə hazır dizayn istifadə etməyin mənfi bir tərəfi yoxdur.

Qiymətlərimiz orta hesabla 750 – 15000 AZN arasında dəyişir. Qiymətə müştərinin tələbləri, işin çətinliyi, həcmi və əlavə xidmətlər təsir edir. Dəqiq qiymət vermək üçün mütləq olaraq sizinlə layihə müzakirə olunmalıdır və yaxud texniki tapşırıq olmalıdır. Çünki biz mağaza deyilik.

Bir açılış səhifəsinin qiyməti 300 AZN, başqa birinin qiyməti 1300 AZN ola bilər, çünki ikinci daha çox məzmunlu, daha mürəkkəb, daha funksional ola bilər. Əgər sizin 30 səhifəlik korporativ saytınız varsa, onun 600 AZN-ə başa gəlməsi mümkün deyil. O sayt zəif, şablon, adaptasiyasız və 90-cı illərin görünüşündə olacaq.

Müştəri ilə müzakirələrdən sonra biz təyin olunmuş vəzifələri, işin həcmini, mərhələləri müəyyənləşdiririk, sonra tam qiyməti və təhvil veriləcək müddəti müzakirə edirik.

Burada qeyd edək ki, sıfırdan sayt yaradılması dedikdə, ümumiyyətlə heç nəyin olmaması nəzərdə tutulur. Yəni məzmun, prototip, dizayn və proqramlaşdırma tələb olunur. Dəqiq vaxt təyin etmək mümkün deyil, amma orta göstəricilər belədir:

— Açılış səhifəsi: 1-3 həftə
— Veb vizit kartı: 2-5 həftə
— Korporativ sayt: 1.5 aydan başlayaraq

İlk həftə həmişə strukturun, rəqiblərin və vizual tədqiqatın öyrənilməsinə sərf olunur. Bəzən bu 3 gün, bəzən isə 1.5 həftə çəkir. Məsələn, telekommunikasiya sistemləri üzrə korporativ sayt üçün bizə 2 həftə vaxt lazım oldu.

Saytın və ya dizaynın yaradılma müddətinin nə qədər çəkə biləcəyini bilmək üçün təxmini bir təsəvvürünüz və strukturunuz varsa, bizə məlumat verə bilərsiniz. Sövdələşmə zamanı biz müddəti təyin edirik və müəyyən edilmiş tarixə ciddi şəkildə riayət edirik.

Bəli, bizim yaratdığımız bütün saytlar idarəetmə paneli ilə birlikdə təhvil verilir. Layihənin daxili (admin) interfeysi çox rahat və anlaşıqlıdır. Adminka-da mətnləri dəyişmək Word proqramında mətn dəyişmək qədər sadədir. Siz müstəqil olaraq məhsul kartları əlavə edə, şəkilləri dəyişdirə, məqalə və xəbərlər yayımlaya, yeni bloklar əlavə edə və hətta sadə səhifələr yarada biləcəksiniz. Bütün bunları həyata keçirmək üçün sizə kənardan tərtibatçı lazım olmayacaq, üstəlik biz sizə video-təlimatlar təqdim edəcək və məsələləri həll etməkdə kömək edəcəyik.

Burada daha asanlıqla hansı saytları YARATMADIĞIMIZI qeyd edə bilərik:
— Portallar
— Tapaz Lalafo tipli elan saytları
— Başqa saytların surətləri
— Forumlar
— Birjalar
— Aqreqatorlar
— Tanışlıq saytları
— Təbliğatçılar, siyasətçilər üçün saytları
— Həkimlər, müəllimlər, blogerlər, psixoloqlar, astrologlar, falçılar, sehrbazlar və s.

Suallarınıza cavab tapa bilmədiniz?

Bizə yazın suallarınızı cavablandıraq

Please enable JavaScript in your browser to complete this form.
dırnaq modelləri
kiraye evler
vakansiya
vakansiyalar
Socar vakansiya
kapital bank vakansiya
viferon sami
sinaflan maz
Levomekol maz nə üçündür
Flukonazol
dimedrol
nöbetçi eczane
turbo az
turbo az bütün markalar
turbo az mercedes
turbo az ucuz masinlar
turbo az kredit
Aptek depo
onlayn aptek
aptek online