Elan saytlarının hazırlanması komandamızın ixtisaslaşmış sahələrindən biridir. Elan saytlarının hazırlanması zamanı BestAds adlı veb tətbiqdən istifadə olunur. BestAds veb tətbiqində elanları idarə etmək üçün xüsusi bacarıq və veb proqramlaşdırma bilikləri tələb olunmur. Hazırladığımız elan saytları rahat idarəetmə panelinə malikdir. Saytla işləmək üçün bütün lazımi funksiyalar idarəetmə panelində mövcuddur. Məqsədimiz saytınızdan sizə pul qazandıra bilməkdir! Elan saytınızın insanların məhsul alıb-satmasına kömək etməsi ilə yanaşı, sizə pul qazandırması üçün geniş funksionallıqlar əlavə etdik!
İÇİNDƏKİLƏR
Elan Saytlarının Hazırlanması nədir?
Elan Saytlarının Hazırlanması nədir? sualını cavablandıraq üçün öncə elan saytlarının tarixçəsinə nəzər salmalıyıq. 1990-cı illərdən başlayaraq internet həyatımıza daxil olmağa başladı. İnternet texnalogiyaların inkişafı sürətlə artaraq gündəlik həyatımızda bəzi sahələrin vazkeçilməzinə çevrilib. Elan saytları mövcud olmadığı zamanlarda satıcılar öz elanlarını qəzetlərdə dərc etdirirdilər. Elan verən elanının kağıza yazaraq elan qəbul şöbələrində saatlarla növbə gözləyib elanını dərc edilməsi üçün qəzetə müraciət edirdi. Bu proses ən yaxşı halda 7-10 gün çəkirdi. Elan saytlarının hazırlanması ilə birlikdə bu və bunun kimi bir çox problemlər aradan qalxmış oldu. Elan verənlər əvvəl 10 gün gözlədiyi halda indi 10-15 dəqiqəyə elanının dərc edildiyini gördü. Sürət və rahat əməliyyat prosesi elan saytlarının popluyarlaşmasında əsas səbəblərdən biridir.
Elan Saytlarının Hazırlanması – qiymətlər:
Elan saytları digər saytlara nisbətən bir az bahalı saytlar hesab olunur. Bunun əsas səbəbi hazırlanan elan saytlarında həddən çox funksiya və əlavələrin mövcudluğudur. Elan saytları tam olaraq elektron ticarət saytı hesab edilməsədə içərisində həm də e-ticarən saytının bütün özəlliklərini (b2b, c2c, b2c ) daşıyır. Elan saytları ödəmə sistemləri, çatdırılma sistemləri, limitsiz kategoriya sistemi ilə yanaşı elanların reklamı, pullu-pulsuz elanlar sistemi kimi hazırlanması komanda əməyi tələb edən çətin bir proses keçdiyi üçün qiymətlər bu saytlarda daha bahadır. Kateqoriyaların, məhsul çeşidliliyinin çox olması və elanların müştəri tərəfindən yüklənməsi sayt üçün özəl kontrol mexanizmalarının yazılmasını vacib edir. Daima izləyici hərəkətlərini nəzərə alaraq yazılmış kontrol mexanizmalarının yenilənməsi və inkişaf etdirilməsi tələb olunur.
Elan Saytları – növləri:
Elan Saytınızı qurmağa qərar verdiyiniz zaman artıq saytınızda hansı tip elanların olacağını əminliklə bilirsiniz. Dünyada və Azərbaycanda müxtəlif növ elan saytları mövcuddur. Elan saytlarının popluyar olan növləri əsasən iş elan saytları, avtomobil elan saytları, əmlak elan saytları və ümumi elan saytlarıdır. Bununla yanaşı tanışlıq elan saytları, itmiş əşyalar üçün elan saytları və .s mövcuddur.
Elan saytıları qurmaq istəyənlər nələrə diqqət etməlidirlər?
Elan Saytlarının Hazırlanması onlayn pul qazanmaq istəyən sahibkarlar üçün ən populyar mövzulardan biridir.
Azərbaycan da elan saytlarının uğur qazanması sahibkarların elan saytlarına marağını artırmışdır. Zaman zaman elan scriptləri, elan və veb saytların qurulması, elan saytlarından necə pul qazananmaq olar?, elan saytlarının reklamı necə edilməlidir? kimi bir çox mövzuda izləyicilərdən məktub alırıq. Bu yazıda BestAds elan saytı hazırlanması ( sistemi ) haqqında danışmaqla yanaşı, elan saytı açmaq istəyənlərə ümumi presudurdan da məlumat vermək istəyirik. Elan saytlarının hazırlanması program şirkəti üçün diğər saytlara nisbətən daha əziyyətli olduğu üçün qiymətlərdə digər saytlara nisbətən bahalı olur. Buna görə bu sahədə rəqabət o qədərdə böyük sayılmır. Qüsursuz yaradılmış elan saytı ilə elan bazarında ciddi uğur qazanmaq mümkündür.
Məlum popluyar elan saytları ölkəmizdə ən çox ziyarətçisi olan elan saytlarıdır. Ziyarətçilər heç nə almasalarda elan saytlarında gəzməyi məhsulların və xidmətlərin qiymətlərini öyrənməyi sevirlər.
“Elan saytı qurmaq istəyirəm” deyəndə “məlum popluyar elan saytları ola-ola ziyarətçilər niyə sənin saytına girsin?” sual verən tanışların olması normaldır.
Yəni bu vaxtdan sonra bir elan saytı açmağın mənası varmı? Elan saytı ilə pul qazanmaq mümkündür? İnsanları elan saytınıza necə cəlb edə bilərsiniz?
Elan saytı açmaq istəyirsinizsə, bunlara mütləq diqqət yetirin:
Elan Saytlarının hazırlanması neçə mərhələdə başa çatdırılır?
Elan Saytlarının hazırlanması digər saytlarda olduğu kimi bir neçə mərhələdən ibarətdir. Bunlardan ilki texniki tapşırığın hazırlanmasıdır. Elan saytınızda olmasını istədiyiniz funksiyaların yazılı planına texniki tapşırıq deyirik. İkinci mərhələ saytınızın dizayn (görünüş) məsələsidir. Əgər komandamızın təklif etdiyi hazır dizaynlar sizin zövqünüzü oxşamırsa, daha özəl dizayn istəyirsinizsə sizin üçün özəl dizayn hazırlamaqla işə başlayırıq. Əgər artıq hazır dizaynınız varsa onda həmin dizaynını koda çevrilməsi ilə ( FrontEnd ) ilk mərhələyə star veririk. Növbəti mərhələ sayta olmayan özəl tələb edilmiş funksiyanallıqların ( BackEnd ) yazılması prosesidir. Sonuncu mərhələ test mərhələsidir. Beləliklə elan saytları üç-dörd mərhələdə tam hazır vəziyyətdə sizə təhvil verilir.
#elan saytlarinin hazirlanmasi #elan saytlari #elan sayti qiymetleri #domen yoxla #web saytların hazırlanması #hazir sayt satisi #sayt hazirlanmasi #sayt yigilmasi #sayt sifarisi #sayt yaratmaq #az domain almaq
Elan saytları
Elan saytları yuxarıdada qeyd etdiyimiz kimi seo xidməti mütləq istifadə etməlidir. Əgər elan saytları daha çox istifadəçi cəlb etmək istəyirsə bunun ən ucuz yolu mükəmməl SEo strategiyasıdır. Ölkəmizdə fəaliyyət göstərən bir çox elan saytı mövcuddur. Elan saytları əsasən google da elan yerləşdirmək üçün axtarış edən insanları hədəfləyir. Əsasən bu saytlar elan yerləşdirməyi pulsuz təklif edirlər. Google da “pulsuz elan saytlari“, “elan sayitlari siyahisi“, “elan sayıtlarının siyahısı“, “pulsuz elan sayitlari 2020“, “elan sayitlari 2021“, “elan sayitlari adlari“, yazıb axtardığınızda qarşınıza çıxan saytlar seo baxımında daha keyfiyyətli olan saytlar olacaqdır. Günlük normal izləyicisi olan bu layihələrdən bəzilərini sizə təqdim edirik:
1) Tap az
2) Vitrin az
3) Goog az
4) Unvan az
5) Ucuztap az
6) Tezbazar az və.s
Elan saytları adları
Elan saytı yaratmaq fikrinə düşmüsünüzsə ad seçiminə peşəkarcasına yanaşmalısınız. Əgər elan saytı adları nın seçilməsində tərəddüd edirsinizsə peşəkar bir şirkətdən xidmət almağı məsləhət görürük. Elan saytı adları layihənin uğur qazanmasında əsas məqamlardan birncisidir deyə bilərik. Sayt adları nə qədər qısa və yadda qalan olarsa bu sizi rəqib elan saytlarından bir addım öndə olmanıza səbəb olacaq.
Reviews
There are no reviews yet.