Gözəllik salonu üçün sayt

999.00

Gözəllik salonu saytlarının hazırlanması üzrə ölkədə ən peşəkar komanda olan BestApp komandası bir çox gözəllik salonu saytları hazırlamaqla bu sahədə professionallığını sübut etmişdir. Müştərilərimizin inkişaf edən biznesində hazırladığımız uğurlu veb saytlarının dəstəyi danılmazdır. Əgər sizində gözəllik salonunuz varsa və gözəllik salonunuz üçün sayt hazırlatmaq istəyirsinizsə düzgün ünvandasınız. Bu yazıda uğurlu gözəllik salonu saytı üçün lazım olan əsas addımlardan bəhs edəcəyik.

Yuxarıda göstərilmiş qiymətlər saytın hazırlanması üçün nəzərdə tutulmuşdur.

  • ən sürətli sayt zəmanəti
  • Mobil cihazlara uyğun
  • 100% SEO dəstəkli
  • Maksimum təhlukəsizlik
Zəmanətli və Təhlükəsiz Ödəniş

Gözəllik salonu üçün sayt:

Gözəllik salonu saytlarının hazırlanması xanım müştərilərinizin işini daha da asanlaşdıracaq. Bu gün xanımlar əvvəllər olduğundan daha baxımlı olmağa diqqət yetirirlər. Bunun üçün ən yaxşı saç dizayneri, ən istedadlı makiyaj ustası, ən yaxşı qadın bərbərinə ya da daha tanınımış gözəllik salonuna getmək istəyirlər. Müştəri xanımlar üçün etibar edə biləcəyi saç ustası seçmək son dərəcə vacib amildir. Bəs bu xanım müştərilərimiz saç ustası axtarışlarını harada araşdırırlar; əlbətdə internetdə!

Biznes sahibi olaraq veb saytınızın olmasının nə qədər vacib olduğunu başa düşürsünüz. Gözəllik salonunuz üçün veb saytı hazırlatmaq istəyirsiniz, ancaq haradan başlayacağınızı bilmirsiniz? O zaman doğru yerdəsiniz. Bu yazıda mütləq saytınıza əlavə etməyiniz lazım olan məlumatlarla birlikdə veb saytınızı tərtib etmək üçün ən yaxşı gözəllik salonu üçün veb dizayn ideyalarını və ilhamverici fikirləri sizinlə paylaşacağıq. Bu fikirlər məqalədə bir saç ustası saytı üçün bəhs olunsa da, istər manikür sahəsində ixtisaslaşmış dırnaq düzəltmə studiyanız, istərsə də kişi bərbər olduğunuzdan fərqli sahələrdə xidmət göstərən bütün gözəllik salonlarına tətbiq edə bilərsiniz.

Gözəllik salonu saytlarının hazırlanması niyə vacibdir?

Gözəllik salonunuzun korporativ veb saytının ən böyük üstünlüklərindən biri, yeni müştərilərinizlə qarşılıqlı əlaqədə olmaq imkanıdır. İlk qarşılamada veb saytınızdakı ziyarətçilərə göstərəcəyiniz müsbət təsir çox vacibdir. Veb saytınızla yeni müştərilərinizi heyran qoymalı və onlar üçün mükəmməl bir salon olduğunuzu göstərməlisiniz.

gözəllik salonu veb saytı salonda iş
gözəllik salonu veb saytı salonda iş

Gözəllik salonuna gələn müştərilərə göstərdiyiniz xidmət işinizi diqqətlə və maraqla etdiyiniz salonda olan müştərilər tərəfindən diqqət çəkəcəkdir. Xidmət keyfiyyətiniz qiymətləndiriləcək, müştəri sadiqliyini və müştərilərin sizi yenidən seçməsini təmin edəcəkdir. Bununla birlikdə, internetdə veb saytınızı görən hər kəsə gözəllik salonunuzun bütün xüsusiyyətlərini və iş performansınızı göstərə bilərsiniz.

Gözəllik salonu saytının yaradılması:

Gözəllik salonu saytını qurmaq üçün fərqli seçimlər mövcuddur; Gözəllik salonu saytınızı özəl dizayn hazırladaraq yarada bilərsiniz ki, bu da baha başa gələcək. Digər bir seçim, təklif etdiyimiz kimi mövcud standart dizaynla öz gözəllik salonunuz üçün veb saytınızı qurmaqdır.

Gözəllik salonu biznesinizə yeni başlamısınızsa, xüsusən də başlanğıc mərhələsində çox sayda problem olacaq. Maddi cəhətdən çətin bir vaxtda özünüz iş görərək həm prosesdən, həm də nəticədən zövq ala bilərsiniz. Bunlardan biri gözəllik salonu veb saytının qurulmasıdır! Xoşbəxtlikdən, təcrübəniz olmasa belə, bu mümkündür. Sistemimizdən istifadə edərək bir gözəllik salonu veb saytı yaratmaq çox rahatdır. Və bunu biz sizin üçün edirik. Əvvəllər sayt qurma təcrübəniz olmasa da peşəkar görünən bir sayt sahibi olmaq sistemimizdən istifadə edərək çox rahatdır.

Addım 1: Gözəllik salonu saytlarının hazırlanması

Gözəllik salonu saytlarının hazırlanması üçün ilk növbədə sayt adını qeydiyyatdan keçirməlisiniz. Məs: “salonadi.az” com,net,org və s. Gözəllik salonu saytınız üçün domain adı istəyinizə uyğun olaraq bizim tərəfimizdən də təmin edilə bilər. Yuxarıda qey etdiyimiz kimi salonunz üçün təklif etdiyimiz sayt admini o qədər rahat və anlaşılandır ki əvvəllər veb sayt işlətməsəniz belə, sistemimizi qısa müddətdə rahat istifadə edəcəyinizə əminik.

Addım 2: Gözəllik salonu veb saytınız üçün uyğun bir şablon seçin

Gözəllik salonu saytınızın görünüşü üçün tərəfimizdən təklif olunan bir çox fərqli şablonlar mövcuddur. Təklif etdiyimiz şablonlar salonunuzdaki performansınızı və iş bacarıqlarınızı nümayiş etdirmək üçün nəzərdə tutulmuş qüsursuz struktura malikdir. Ən çox bəyəndiyiniz və sizin üçün ən estetik görünən şablonu seçdikdən sonra veb saytınızın məzmununun yaradılması mərhələsi başlayacaqdır. Unutmamalısınız ki, səhifəniz həm estetik, həm də funksional olmalıdır.

Ən uyğun şablonu seçmək üçün mövcud trendlərə baxa bilərsiniz. Trend olan gözəllik salonu saytlarında bəyəndiyiniz xüsusiyyətləri, məzmunun yerləşdirilmə tərzini və səhifə başlıqlarını nəzərdən keçirə bilərsiniz. İstədiyiniz ana səhifələri niyə bəyəndiyinizi hansı funksiyaların diqqətinizi çəkdiyini bizə bildirə bilərsiniz. Bu, sonrakı mərhələlərdə ümumi işin keyfiyyətinə təəsir edəcəkdir.

Addım 3: Gözəllik salonu saytınızın strukturunu planlaşdırın

Bəyəndiyiniz saytlardan aldığınız qeydlərdən istifadə edərək öz saytınıza yerləşdirəcəyiniz məlumatlar üçün bir sayt planı yaradın və uyğun bir şablon seçin. Gözəllik salonu veb saytınızdakı bütün məlumatları tək bir səhifə altında yerləşdirə bilərsiniz. Eyni zamanda istəyinizə və seçdiyiniz şablona uyğun olaraq ana səhifə və alt səhifələr yarada bilərsiniz. Ana səhifə üçün vacib hesab etdiyiniz məzmunu yerləşdirə bilərsiniz. Hər iki müştərilər tərəfdən istifadəsi mümkün qədər asan olmalıdır.

Gözəllik salonu saytınızın xəritəsini yaratmaq veb sayt yaratmaq üçün vaxt itirməyinizin qarşısını alacaq. Nümunə gözəllik salonu saytlarında gördüyünüz kimi, ana səhifədə ümumi qısa məlumat, ünvan məlumatları, xidmətlər və əlaqə forması yerləşdirin. Özünüzə belə bir sual verməlisiniz: “Potensial müştəri olsaydım, harada hansı məlumatları görmək istəyərdim?”

Gözəllik salonunuz manikür, saç düzümü, saç kəsimi, kirpik qoyulması, toy və xüsusi gün makiyajı kimi bir çox sahədə xitmət göstərirsə, əsas səhifənin altındakı xidmətlər səhifənizi yarada bilərsiniz. Xidmətlər səhifəniz altında bütün seçimlər üçün ətraflı məlumatları olan yeni səhifələr yarada bilərsiniz. Bu keçidlərin yol xəritəsini çəkərək sayt xəritənizi yarada bilərsiniz.

Tək bir səhifə əvəzinə çox səhifəli sayt xəritəsi yaratmağa qərar verdiyiniz təqdirdə istifadə edilə bilən nümunə səhifələr;

Ana səhifə:

Gözəllik salonu saytınızın giriş səhifəsi ana səhifədir, yeni müştərilərinizi ilk qarşılayan və ilk əlaqəni qurduğunuz yerdir. Bu səhifədə işinizin adını, gördüyünüz işin qısa təsvirini və şüarınızı əlavə edə bilərsiniz. Ana səhifə mümkün qədər maraqlı və cəlbedici olmalıdır.

Xidmət səhifələri:

Bu səhifələri tətbiq şəkilləri, texniki xidmət detalları, müraciət müddəti kimi detallarla təchiz edə bilərsiniz. Salonunuzda gel dırnaqları düzəldirsinizsə və müştəri tələbi yüksəkdirsə, bu səhifələrdən birini gel dırnaq tətbiqinə həsr edə bilərsiniz. Bu tendensiyaları sayt ziyarətçilərindən izləyən və gel dırnaqlarına sahib olmaq istəyən biri mütləq olacaqdır. Randevuları ‘İndi zəng et’ və ya ‘Baxın’ kimi bir hərəkət çağırışı ilə təşviq etməyi unutmayın.

Haqqımızda Bölməsi:

Bu səhifədə hekayənizi, iş dəyərlərinizi vurğulamağınız və komandanızı paylaşmağınız düzgündür. Sayt ziyarətçilərinin etibarını qazanmağa kömək edəcəkdir.

Əlaqə bölməsi:

Bu səhifədə bütün əlaqə məlumatları, sosial media hesablarınızı və yerləşdiyiniz yerin xəritəsini göstərin.

İpucu: Telefon nömrənizi və e-poçtunuzu veb saytınızın alt hissəsinə yerləşdirin ki, potensial müştərilər saytınızın istənilən səhifəsindən sizə müraciət üçün əlaqə nömrənizi görsünlər.

Referans bölməsi:

Müştəri rəylərini paylaşın, potensial müştərilər müsbət rəylərdən mütləq təsirlənəcək və gözəllik salonunuzu ziyarət etmək istəyəcəklər.

Addım 4: Gözəllik salonu sayıtınızda məzmununuzu zənginləşdirin

Əvvəlki addımda sayt quruluşunuzu müəyyənləşdirdiniz və məzmununuzun necə yerləşdiriləcəyinə qərar verdiniz. İndi onları bir-bir tətbiq etməyin vaxtıdır. Bu addımı asanlaşdırmaq üçün aşağıda bəzi tövsiyələri yer almaqdadır.

Biznesinizin müxtəlif platformalardakı hesablarda uyğun məzmun strategiyasına davam etdirməlidir. Buna xüsusi olaraq diqqət yetirməlisiniz. Marka uyğunluğu adlandıracağımız bu strategiyada sosial profillər daha çevik paylaşımlara açıq olsa da gözəllik salonunuzun veb saytı marka dəyərinizi artıracağınız bir platformadır.

Saytınızda olmazsa-olmaz elementlər;

  • Əsas səhifə ofsunlayıcı dizaynı
  • Ünvan, iş saatları və əlaqə məlumatları
  • Foto istifadəsi
  • Sadə başa düşülən yazı dili və şrift istifadəsi
  • Sosial Mediya Hesablarının İnteqrasiyası
  • Əl işlərinizin ətraflı nümayiş olunması
  • Müştəri şərhlərinin paylaşılması
  • Tərəfdaşlar bölməsi
  • İşçi heyəti

Əsas səhifə ofsunlayıcı dizaynı:

Gözəllik salonu saytınıza daxil olanlar səhifəni açdıqda bunun bir saç salonu veb səhifəsi olduğunu anlamalıdırlar. Ən asan yol fotoşəkilləri istifadə etməkdir. Salonunun şəklini əsas səhifədə istifadə edə bilərsiniz. Salonunuzun loqosu varsa, onu bu səhifəyə əlavə etməlisiniz.

Ünvan, iş saatları və əlaqə məlumatları:

Saytınızda salonun ünvanı, iş saatları və əlaqə məlumatları mütləq qeyd edilməlidir. Beləliklə, ana səhifəniz iş saatları xaricində də əlçatan olacağından 7 gün 24 saat əlçatan olacaqsınız və salonunuz haqqında məlumat verə biləcəksiniz.

Ziyarətçiləriniz veb saytınıza gəldikdə, çox güman ki, yaxşı bir saç ustası ilə əlaqə yaratmaq istəyəcəklər. Hərəkətə çağırış mesajları və onlayn növbəyə yazılma məlumatları saytınızda asanlıqla görünən bir yerdə yerləşdirilməlidir.

Xəritədə bir yerin işarələnməsi ziyarətçilərin sizi tapmasını asanlaşdıracaq.

Saytda Şəkillərdən istifadə:

Gözəllik salonunuzda görülən işlərdən seçilmiş bütün xidmətlərinizi göstərə bilən şəkilər istifadə edin. Saytdakı şəkillərin istifadəsi, ziyarətçilərin saytda vaxt keçirmələrinə səbə olacaqdır. Eyni zamanda saytınızın ziyarətçilərinə şəkillərdəki əl işlərinizi göstərərək onlara saç ustası seçmələrinə kömək etmiş olacaqsınız. Əlavə etdiyiniz şəkillərlə işinizi həm əlçatan, həm də ziyarətçilər üçün maraqlı edə bilərsiniz.

Sadə başa düşülən yazı dili və şrift istifadəsi:

Saytdakı mətnlər çox uzun və darıxdırıcı olmamalıdır. Şrift oxunaqlı olmalıdır və yaradıcı olmaq üçün oxunması çətin bir şrift seçməkdən çəkinməlisiniz.

Sosial Media Hesablarının İnteqrasiyası:

Potensial müştərilər salonu ziyarət etməzdən əvvəl sosial platformalarda səhifələrinizdən işinizi görmək fürsəti əldə edəcəklər.

Əl işlərinizin ətraflı nümayişi:

Məsələn, gəlin saçları düzəldirsinizsə, bunu ayrıca qeyd etməlisiniz. Ya da, saç baxımı gözəllik salonunda təklif olunan bir xidmətdirsə, istifadə etdiyiniz qulluq məhsulları ilə birlikdə göstərə bilərsiniz. İstifadə edilən markalar çox önəmlidir.

Müştəri şərhlərinin paylaşılması:

Gözəllik salonu saytlarında müştəri şərhləri ziyarətçilərin diqqətini çəkəcəkdir. Bunu saytdakı şərhlər bölməsində göstərmək mümkündür.

Tərəfdaşlar bölməsi:

Gözəllik salonunuzun veb saytının ziyarətçilərinə salonunuzun güvənli xidmət göstərdiyini çatdırmaq üçün iş ortaqlarınıza və istifadə etdiyiniz markalara müraciət edə bilərsiniz.

İşçi heyəti:

Gözəllik salonu saytınızda əməkdaşlarınızın peşəkar olduqları sahəni və əl işlərini qısa bir mətnlə göstərə bilərsiniz. Məsələn, işçilərinizdən biri manikür və dırnaq dizaynı üzərində çox yaradıcı iş edə bilər, başqa bir işçi saç düzümü nümunələri üzərində çox yaradıcı iş edə bilər və s.

Fərqli media tiplərindən istifadə:

Potensial müştərilərinizi təəccübləndirmək üçün saytınızın məzmununu videolar ilə zənginləşdirə bilərsiniz. 360 dərəcə fotolar kimi yeni texnologiyalardan faydalana bilərsiniz.

Addım 5: Gözəllik salonu saytınız üçün domen adını seçin

Bir gözəllik salonu veb saytı üçün domen adı mütləqdir. gözəllik salonunuzun fiziki bir ünvanı olduğu kimi, domen adınız da internetdəki salonunuzun virtual ünvanı olacaqdır. Domen adı iki əsas elementdən ibarətdir; təyin etdiyiniz sayt adı və sayt uzantısı (.az, .com, .net, .org, .info, .biz və s. kimi)

Gözəllik salonu saytınızın adını seçərkən diqqət etməyinizi tövsiyə etdiyimiz vacib tövsiyələr;

Seçiminizi qısa, cəlbedici və işinizlə əlaqəli edin. Məsələn ofasalon.com
Lazım olmadığı təqdirdə, simvollar, azərbaycanca işarələrdən istifadə etməyin.
Telefon testi aparın, bir dostunuza telefonda istifadə etmək istədiyiniz ünvanı deyin, başa düşülməsinin asan olduğundan əmin olun.
Doğru uzantını seçin, fərqli uzantılar əvəzinə çox istifadə olunan .az, .com seçə bilərsiniz.

Veb saytınız axtarış motorlarında daha yüksək sıralarda yer alması ilə daha çox ziyarətçi və yeni müştəri qazanmanıza və bu səbəbdən daha çox pul qazanmanıza imkan verəcəkdir. Veb saytları sayəsində salonunuzun marka dəyəri artacaq və işinizi marketinqdə mütləq rəqiblərinizdən bir addım qabaqda olacaqsınız.

Addım 6: Mobil cihaz uyğunluğunu yoxlayın

Gözəllik salonu veb saytının vazkeçilməz xüsusiyyətlərindən biri də mobil cihazlara uyğun bir sayt olmasıdır. Tərəfimizdən yaradılan bütün saytlar mobil cihazlara uyğundur, əlavə bir hərəkət etmədən sistem tərəfindən avtomatik olaraq uyğunlaşdırılır. Saytınız tablet və telefonlarda ekran ölçüsünə uyğun görünür. Buna baxmayaraq, foto və video ölçüləri səbəbindən bir səhv olmaması üçün yoxlamaq vacibdir.

Qeyd: Bir xanım yaşadığı yerdən sizin fəaliyyət göstərdiyiniz şəhərdəki bir toya dəvət olunur və saçını düzəltmək istəyir. Veb saytınıza mobil telefonu ilə giriş edir və salonun telefonuna zəng etmək istəyir. Telefon nömrəsi fotoşəkil kimi əlavə olunursa və birbaşa zəng seçimi mövcud deyilsə, çox güman ki, potensial müştərinizi itirməyinizə səbəb olacaqdır.

Adım 7: Gözəllik salonu saytınızı fərli reklam platformalarında reklam edin

Veb saytınızda bütün addımları uğurla həyata keçirmisinzsə və müştərilərinizi qarşılamağa hazırdırsa, bütün platformalarda saytınızı tanıtmalısınız. Veb saytınızda paylaşdığınız bütün kampaniyaları Facebook və ya Instagram səhifələrinizdə yayımlayın. Vizit kartları, broşuralar kimi yazılı mediadan istifadə edirsinizsə, veb saytınızın ünvanını buraya mütləq əlavə etməlisiniz.

Saç düzümü haqqında yeni blog yazınız varsa, bu blog yazınızı facebook-da birbaşa öz veb saytınızdan paylaşın. Potensial müştərilər axtardıqları xidməti təqdim edən veb saytınızı ziyarət edəcək.

Reviews

There are no reviews yet.

Be the first to review “Gözəllik salonu üçün sayt”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir