Təmir saytı necə olmalıdır?
Təmir şirkətləri tez-tez veb-sayta sahib olmağı ikinci plana ataraq onun vacibliyinə ehtiyac olmadığını düşünürlər. Onlar öz işini başqalarının tərifi ilə, şirkət adlarını yaymaqla tapırlar. Bu yolla öz işlərini tapdıqları üçün saytın mövcud olmasına ehtiyac qalmadığını fikirləşirllər.
Onların təmir saytına ehtiyacları yoxdur, çünki onlar bu onlayn xidmətin nə qazandıracağını bilmirlər. İnternetdən istifadə etmədən marketinq kampaniyaları yaratmamısınızsa, təmir saytının faydaları sizi təəccübləndirə bilər. Veb saytınız varsa rəqib şirkətlərdən bir addın öndə başlamısınız deməkdir. Təmir saytının digər saytlarla ortaq cəhətləri olsa da, fərqli cəhətləri də var. Bu yazıda sizə tikinti saytının necə hazırlanacağı haqqında bəzi məlumatlar vermək istəyirik.
Təmir saytı üçün iş planı
Veb saytınızın dizaynı üçün iki seçiminiz var. Birinci seçim siz və şirkətiniz üçün sıfırdan xüsusi dizayna sahib olmaqdır. Digər seçim isə təmir sahələri üçün hazırlanmış dizaynlardan istifadə etməkdir. Bu seçimlər brendinizin keyfiyyətindən, büdcəniz və ayıracağınız vaxtdan aslıdır. Brendinizin əlavə dəyərinə əhəmiyyət verirsinizsə, birinci variantı tövsiyə edirik. Bu seçimdə təmir şirkətiniz üçün xüsusi dizayn çəkilir və bu dizayn sizin onlayn simanızı əks etdirir. Belə sayt adətən bir-iki ay ərzində hazırlanır. İkinci variantda əvvəlcədən hazırlanmış hazır təmir sahəsi şablonundan istifadə edə bilərsiniz.
Təmir xidmətləri üçün saytların hazırlanması
Reviews
There are no reviews yet.