Xəbər saytlarının hazırlanması: BestNews çox məqsədli xəbər və jurnal saytları üçün hazırlanmış veb tətbiqdir. Güclü və ölkədə rəqibsiz idarəetmə paneli ilə saytınızın bütün hissələrini idarə edə bilərsiniz. BestNews xəbər sistemi yazar (müəllif) bünövrəli bir proqramdır. Hər müəllifin özəl admin paneli mövcuddur. BestNews xəbər sistemi RSS, SEO, Mail Bildiriş, Onlayn və Oflayn bildiriş kimi bir çox professional imkanlara malikdir. Xəbər saytlarının hazırlanması dedikdə ağıla ilk gələn BestNews xəbər sistemidir. Onlayn mətbuatda bizim xəbər sistemimizə üstünlük verilməsinin əsas səbəbi, təhlükəsizlik testlərindən keçməsi, mükəmməl SEO dəstəyi, sürətli və istifadəsinin rahat olmasıdır.
İÇİNDƏKİLƏR
Xəbər saytı necə olmalıdır?
İnformasıyanın çox rahat əldə olunduğu dijital çağda yaşadığımız üçün xəbər saytlarının böyük rəqabət içərisində olduğunu bilirik. Rəqabətə dözümlü xəbər saytı necə olmalıdır? sualını cavablandırmaq üçün uğurlu xəbər saytlarının qət etdikləri inkişaf yolunu bir az araşdıraq.
Mükəmməl SEO ya malik xəbər saytı necə olmalıdır?
Xəbər saytlarının SEO optimallaşdırılması məsələsi digər saytlara nisbətən daha vacibdir. Axtarış matorlarında (google, yandex, bing və.s) ilk sıralarda görsənməyən xəbər saytları diqqət cəlb etmirlər. Belə güclü bir rəqabət mühitində ilk sıralarda görsənmək təbbi ki, bütün xəbər saytlarının arzusudur. Buna nail olmaq üçün axtarış motorlarının gözləntilərini qarşılayacaq infrastrukturu (kodlaşdırma) təmin etmək lazımdır. Xəbər saytının adı (domain) və proqramlaşdırma ən vacib məsələdir. Belə ki, hazır scriptlər yerinə, sizin və oxucularınızın istəyini qarşılayan xüsusi proqramlaşdırılmış scriptlər məsləhət görülür. Saytınızın mövzusuna uyğun script istifadə olunmalıdır. Oxucularınızın xəbərləri kəsintisiz və rahat oxuması üçün xəbər scripiniz qüsursuz və sınaqdan çıxmış script olmalıdır. Xəbər saytı necə olmalıdır sualına cavab olaraq qısaca bunu qeyd edə bilərik: güclü infrastruktur (server, script – proqramlaşdırma, sadəlik). Xəbər saytlarında axın çox sürətli və dinamikdir. Bu sürəti qarşılaya biləcək proqramın (Xəbər Scripti) istifadəsinə diqqət yetirilməlidir.
Etibarlı (oxucuların inandığı) Xəbər Saytı Necə Olurmalıdır?
Xəbər saytlarında güvənlik məsələsi çox vacib mövzudur. Hər zaman obyektiv və aktual xəbər verən xəbər saytlarına üstünlük verilir. Güvənli xəbər saytı necə olmalıdır sualını cavablandırarkən xəbərlərin operativliyi və obyektivliyindən danışmalıyıq. Təqdim olunan xəbərin operativliyi nə qədər vacibdirsə, onun doğruluğunun dəqiqləşdirilməsidə o qədər vacibdir. Yeni nəsil internet istifadəçiləri normal olaraq ən dəqiq xəbərləri ən sürətli şəkildə əldə etmək istəyirlər. Operativ və dəqiq xəbər təqdim edtməyi bacarmayan xəbər saytları internetdə uğur qazanmağı hardasa mümkünsüzdür. Yazılan xəbərlərdə səflər olmamalıdır. Doğruluğundan əmin olmadığınız xəbəri dərc etməyin. Doğru olmayan xəbərlər oxucularınızda xəbərlərinizə güvənsizlik yaradaca və nəticədə doğru xəbərlərinizdə ciddi qəbul edilməyəcək. Oxucunun sizin sadiq izləyicinizə çevrilməsi üçün mütləq sizin xəbər saytınıza inanmalıdır.
Reviews
There are no reviews yet.