Shopping Cart

Əlaqə: +994 55 8915889

Veb saytların hazırlanması

Veb saytların hazırlanması

Veb Saytların Hazırlanması, Web Sayt Hazırlanması
Veb saytların hazırlanması xidməti axtarırsınızsa bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: +99455 891-58-89. Əgər veb saytların hazırlanması ilə əlaqəli daha çox informasiya əldə etmək istəyirsinizsə onda buyurun aşağıda kı yazı tam sizə görədir.

Digər yazılarımdan fərqli olara veb saytların hazırlanması mövzusunda yazdığım bu yazını mümkün qədər geniş yazmağa çalışacağam. Şəxsi e-poçtuma gələn və veb sayt yaratmaq istəyən müştərilərimizi düşündürən çoxsaylı suallara bu yazıda daha detallı cavab verməyə çalışacağam.

Hər kəs tərəfindən başadüşülən olması üçün mümkün qədər texnoloji terminlərdən istifadə etməməyə üstünlük verirəm. Əminəm ki sayt sifariş vermək istəyən çox müştəri hazırlanan qiymət təklifində yazılan məzmunun 25% -ini tam olaraq başa düşmür. Nəticə etibarı ilə sonradan sifarişçi və icraçı arasında anlaşılmazlıqlar yaranır.

Veb saytların hazırlanması üçün nələr lazımdır?

  1. Domain name (saytın adı)
  2. Hosting (yaratdığınız veb faylların yerləşdirildiyi server)
  3. Texniki tapşırığın hazırlanması
  4. Veb dizaynın tərtib edilməsi
  5. Programlaşdırma işləri

Domain name nədir?

Domain name (domen adı = saytın adı): Xatırlanması çox çətin olan IP ünvanları əvəzinə istifadə edilən adlandırma metodudur. Real həyatda olduğu kimi həy bir ismin adı olduğu kimi digital aləmdədə hər bir sayta ad verməliyik. Veb saytların hazırlanması -nda adı əslində defolt olaraq onların İP ünvanları hesab edilir. Sadəcə yuxarıda qeyd etdiyim kimi bu İP ünvanları yadda qalmadığı üçün Domain Name dediyimiz adlandırma sistemi dövrəyə girir. Məsələn google.com yerinə hər dəfə “125.236.265.996” kimi bir rəqəmi yazmaq bezdirici olardı. Saytınız üçün seçdiyiniz ad: .com, .net .org kimi bir sonluq ilə istifadə olunan sayt adına domen adı və ya domen deyilir.

Veb saytların hazırlanması, Browserin ünvan çubuğu

Domen üçün ən dəqiq təriflərdən biri də “saytınızın adı və ünvanı” dır. Çünki istifadəçilər saytınıza domen adınızdan istifadə edərək giriş edirlər.

Başqa sözlə desək: brovzerin ünvan yerinə https://www.google.com yazaraq daxil olduğumuz saytın domen adı “google.com”-dur.

İki ayrı veb saytın eyni domenə sahib olması qeyri-mümkündür. Barmaq izləri kimi domenlərdə unikal ololurlar. Bizim yazı kimi gördüyümüz (goog.az google.az bestapp.az) domen adları əslində bağlı olduqları IP nömrələrinin yazı qarşılığıdır.

Başqa sözlə desək, yuxarıda qeyd etdiyim kimiəgər belə olmasaydı hər dəfəf google.com a girmək üçün gərək ünvan çubuğuna 64.233.191.255 kimi bir rəqəm yazaydıq.

Hosting (yaratdığınız veb faylların yerləşdirildiyi server)

Hostinq serverlərdə saytınızın 7/24 yayınlanması üçün sizə ayrılmış limitli hesaba verilmiş addır. Serverlər evdə istifadə etdiyimiz kompüterlərdən fərqli olaraq hazırlanır. Serverlər 7/24 internet bağlantısına malikdirlər. Hostin provayderləri saytımızın daimi yayımda olmasına görə məhsuliyyət daşıyıllar.

Veb saytların hazırlanması, Hosting yaratdığınız veb faylların yerləşdirildiyi server

Qısaca olaraq hostinq nədir sualınızın cavabı veb-saytınızın fayllarını saxlayan və internet istifadəçilərinə daxil olmasına imkan verən veb-server (web server), bu məlumatların saxlanması və yayımlanması prosesinə də web hosting deyilir.

Veb saytların hazırlanması-Texniki tapşırığın hazırlanması

Texniki tapşırıq əsasən kompüter texnikasının meydana gəldiyi vaxtdan layihələndirmə işlərinədə tətbiq edilmişlər. İlk zamanlar əsasən hesablama işlərinin yerinə yetirilməsində, sonralar isə həm hesablama işlərində, həm də layihə sənədlərinin alınmasında istifadə edilir. Layihələndirmənin avtomatlaşdırılması həm layihələndirmə prosesinin sürətləndirilməsinə, həm də alınan layihənin keyfiyyətinin yüksəldilməsinə səbəb olur.

Veb saytların hazırlanması, Texniki tapşırığın hazırlanması

Layihənin keyfiyyətinin yüksəldilməsi əsasən aparılan hesabatların dəqiqliyinin yüksəldilməsi və çoxvariantlı layihələrdən ən yaxşısının seçilməsi hesabına əldə olunur. Əl ilə layihələndirmə zamanı yalnız bir layihə variantı hazırlanır və təbbi ki, yeganə variant optimal ola bilməz.

Azərbaycanda ən çox “texniki tapşırıq” olaraq istifadə olunsada bəzən TT, Brief, TZ kimidə adlandırırlar. Veb saytların hazırlanması zamanı tərtib edilən texniki tapşırıq sonradan icraçı şirkətin yaxud fərdlərin layihə haqqında tam məlumatlandırılması üçündür. Texniki tapşırıq nümunələri internetdən tapa bilərsiniz. Texniki tapşırıqda veb saytın rəngi, strukturu, dilləri, mövzuları hətta istifadə olunacaq font belə yer almalıdır. Əgər belə olmasa iş bitdikdən sonra sifarişçi icraçıya etiraz edə bilməz.

Veb dizaynın tərtib edilməsi

Web saytın hazırlanması sifarişçinin təqdim etdiyi öncədən hazırlanmış texniki tapşırıq əsasında vizuallaşdırma prosesi başlayır. Veb saytın vizual görüntüsü yəni veb dizayn müştərinin istəklərinə uyğun hazırlanaraq icraçı tərəfindən sifarişçiyə təqdim olunur. Sifarişçi texniki tapşırıqda qeyd edilmiş bütün detalların dizaynda olub olmadığını uoxlayaraq ya təsdiq edir yada dəyişiklik üçün dizaynerə çatışmamazlıqları və yaxud sonradan razılaşdırılmış əlavələri etməyi tapşırır.

Veb saytların hazırlanması- Veb dizayn sadə olmalıdır

Veb saytların hazırlanması zamanı dizayn olduqca sadə və anlaşılan olmalıdır. Yaratdığınız veb dizayn nə qədər sadə olsa saytınız bir o qədər çox izləyici tərəfindən bəyəniləcək. Fontlar böyük və standart formalı olmalıdır ki yazılarınız rahatlıqla oxuna bilsin. Veb dizayn hazırlanarkən böyük həcmli şəkillərdən, videolardan və flash animasiyalarından mümkün qədər az istifadə edin.

Dizaynda bu elementlərin istifadəsi sonradan saytınızın gec yüklənməsinə səbəb olur. İstifadəçilər gec yüklənən saytlara bir daha girmirlər. Əgər daha çox izləyici və yaxud müştəri axtarırsınızsa hazırlatdığınız veb saytınızın dizaynı olduqca sadə və sürətli olmalıdır.

Dizayn əvvəllər sadəcə PhotoShop proqramı ilə tərtib edilirdisə indi daha çox üstünlük Adobe XD proqramına verilir.

Web dizayn, Veb dizaynın tərtib edilməsi

Veb saytların hazırlanması – Front-End nədir?

Front-End də HTML, CSS və JavaScript proqramlaşdırma dillərindən istifadə olunur. Bu proqramlaşdırma dilləri veb saytın dizaynını koda çevirmək üçün istifadə edilir. Yuxarıda qeyd etdiyim kimi özəl dizayn hazırlatdırmısızınsa sizə təqdim edilən sadəcə saytın şəkli olacaq. O şəkli saytınıza tətbiq etmək işinə Front-End deyirlər (Azərbaycanda buna kəsim və yaxud Viyoska da deyilir). Veb saytların hazırlanması prosesində Front-End hissəsində əməliyyatı hiyerarşik ardıcıllıq ilə davam etməsi faydalıdır:

  1. Veb interfeysi UID tərəfindən qrafik müstəvidə hazırlamaq
  2. UXD tərəfindən UX inkişaflarının birinci mərhələsinin tamamlanması
  3. Layihəni Back-End Developer və marka üçün mənalı etmək üçün Wireframe olaraq marka təsdiqinə təqdim etmək

Veb layihənin Wireframe təsdiqindən sonra universal Front-End standartlarında Front-End Developerə ötürülməsi başlayır. Layihədəki bütün səhifələr, alt səhifələr və bütün alt fəsilələr daxil olmaqla PSD formatında Front-End proqramçıya göndərilir (məsələn, bir elektron ticarət layihəsində dizayn ediləcək minimum səhifə sayı 35-dir).

Web dizayn frontend, HTML CSS JavaScript Frontend
HTML CSS JavaScript Frontend

Bu mərhələdə dizaynı html css-ə keçiririk. Kodlaşdırma Front-End hissəsində aparılır. Bu gün UI kodlaşdırmada ən vacib bir neçə şərt var:

  • Təmiz kodlaşdırma
  • Schema.org və W3C School meyarlarına uyğunluq
  • AMP və Zəngin Snippet-ə sahib olmaq
  • LESS və ya SASS istifadə edərək kodlaşdırmanı dinamik şəkildə yazmaq

Dizaynın SEO da rolu

SEO haqqında ümumi məlumatı “SEO Nədir” başlıqlı yazımdan oxuya bilərsiniz

Veb saytların hazırlanmasında SEO çox önəmli detaldır. SEO nun qüvvətli olması dizayndan tutmuş kontentin yazılmasına qədər bütün mərhələlərdən aslıdır. Front-End hazırlanarkən yuxarıda qeyd etdiyim bəzi beynəlxalq və google nin tələbləri tam ödənməlidir. Əks halda saytınız axtarış motorlarında yaxşı indekslənməyəcək. Yaxşı indekslənməyən veb sayt rəqiblərindən geri qalacaq.

Proqramlaşdırma işləri

Saytın domeni, hostinqi, dizaynı və Fron-End işləri bitdikdən sonra hazırlanmış kodlar Back-Endin yazılması üçün proqramçıya göndərilir. Back-End bu prosedurların arasında ən çox vaxt aparan və əziyyətli olanıdır. Back-End proqramlaşdırmada istifadə edilən dillər müştərinin istəyi əsasında, bəzən də proqramçının layihəyə uyğun təklif etdiyi proqramlaşdırma dili ilə yazılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

azAzerbaijani