Your Cart
Onlayn satış saytı qurmaq istəyənlərin ən çox etdiyi 7 səhv

Onlayn satış saytı qurmaq istəyənlərin ən çox etdiyi 7 səhv

Onlayn satış saytı qurmaq – uzun müddət çalışaraq onlayn satış saytı qurdunuz və satış etmək üçün bütün çatışmazlıqları tamamladınız. Düşünək ki, siz ilk satışınızı da etdiniz. Beləliklə, onlayn satış saytının yaradılması indi sizin üçün nəzərdə tutulmuş plandan çox real işə çevrildi.

İlk günlərdə olan problemlərin həllindən sonra diqqətinizi tam olaraq satışlarınıza yönəldəcəksiniz. Diqqətinizi çəkən ilk şey satış rəqəmlərinə baxaraq işlərin düşündüyünüz kimi getməməsi olacaq. Beləliklə, onlayn satış rəqəmlərinin azlığı ilə bir satış saytının yaradılmasının sərfəli bir iş olmadığını düşünəcəksiniz. Onlayn satış saytı quran bir çox sahibkar bu məqamda səbr edə bilmir və ümidsizliyə qapılır. Hətta e-ticarət saytını da bağlaya bilər. Bəs, vəziyyət bu həddə çatmamış harada səhv etdiyinizi necə başa düşmək olar? Onlayn satış saytı qurmaq istəyənlərin ən çox yol verdiyi 7 səhv…

1. Kompleks ödəniş prosesi

E-ticarət saytlarında satışa mənfi təsir edən səbəblər arasında mürəkkəb ödəniş prosesləri ön sıradadır. Araşdırmalara görə, onlayn satış saytında ödəniş etmək addımı çox kritikdir. Bunun üçün nə qədər çox addım tələb olunarsa, həmin sayta üstünlük verən istehlakçıların faizi bir o qədər az olar. Bu səbəbdən onlayn satış saytının satış rəqəmlərini artırmaq üçün ödəniş hissəsi mümkün qədər sadə tutulmalıdır.

2. Saytdaxili axtarış seçimi düzgün işləmir

Sayta daxil olan potensial alıcıların axtardıqları məhsula asanlıqla çata bilməməsi də satışlara mənfi təsir göstərə bilər. Ziyarətçilərin axtardıqları məhsulu daha asan tapması üçün e-ticarət saytınızda ətraflı axtarış filtrlərindən istifadə etməlisiniz. Bunun üçün rəvan işləyən və məhsul çeşidinizə uyğun e-ticarət mövzularından və dizaynlarından istifadə etməyiniz sizə sərfəlidir.

3. Keyfiyyətsiz məhsul fotoşəkilləri

Onlayn satış saytınızda satdığınız məhsul şəkilləri keyfiyyətsiz və anlaşılmaz olmamalıdır. Çünki istehlakçılar daha yaxşı vizual olan saytlara üstünlük verirlər. Bu səbəblə bazara çıxardığınız məhsulları alıcılara ən yaxşı şəkildə təqdim etmək üçün e-ticarət saytınızda keyfiyyətli şəkillərdən istifadə etməyə diqqət etməlisiniz.

4. Qeyri-adekvat məhsul təsvirləri

Satışa çıxarılan məhsulların potensial alıcılara kifayət qədər dəqiq və aydın şəkildə izah edilməməsi də satış faizlərinin aşağı olmasına səbəb olur. İndiki vaxtda onlayn alış-veriş edən istifadəçilərin çoxu axtardıqları məhsul haqqında geniş araşdırmalar aparırlar. Və ətraflı məhsul təsvirləri e-ticarət saytlarının üstünlük faizini artırır. Bu səbəbdən satış saytı qurmaq istəyən sahibkarlar məhsul təsvirləri ilə bağlı ətraflı araşdırma aparmalıdırlar. Mağazanıza gələn müştəriyə kömək etdiyiniz kimi, onlayn satışda da buna diqqət etməlisiniz. Başqa sözlə, məhsulu necə təsvir edirsinizsə və onun xüsusiyyətlərini vurğulayırsınızsa, onlayn satış saytında da bunu etməlisiniz.

5. Məhdud ödəniş variantları

İnternetdə ödəməyin bir çox təhlükəsiz yolu var. Bəzi istifadəçilər kredit kartı ilə ödəniş etməyi üstün tuturlar. Bəzi istifadəçilər “PayPal” kimi əvvəlcədən ödəməyə əsaslanan sistemlərə üstünlük verirlər. Təklif etdiyiniz e-ticarət ödəniş variantları müştəri bazanızı genişləndirməyə kömək edəcək. İnternetdə istifadə edilən məşhur ödəniş variantlarının saytınızda olmasını təmin etməklə e-ticarət saytınızın satışlarını artırmaq mümkündür.

6. Göndərmə xərclərinin düzgün açıqlanmaması

Məhsul qiymətlərində əks olunan göndərmə xərclərinin kifayət qədər aydın göstərilməməsi saytınıza olan inamı sarsıdır. İstifadəçilər məhsulu almadan əvvəl ödəməli olduqları qiyməti aydın görmək istəyirlər. Kifayət qədər dəqiq göstərilməyən göndərmə xərclərinə görə ödənilən məbləğin artması satışların azalmasına səbəb olacaq.

7. Natamam və qeyri-adekvat e-ticarət saytı

Onlayn satış saytı qurmaq və e-ticarətdən gəlir əldə etmək istəyirsinizsə, yuxarıda qeyd etdiyimiz 6 əsas səhvdən qaçınmalısınız. Ancaq natamam və qeyri-kafi bir e-ticarət saytınız varsa, bu səhvlərdən bəzilərini düzəldə bilməyəcəksiniz. Bundan əlavə, ən əsası, komandanızın işçi qüvvəsindən səmərəli istifadə etmək və daha aktiv işləmək üçün yaxşı bir e-ticarət proqramı seçməlisiniz.

Bu günə qədər 600-dən çox müxtəlif sektora xidmət göstərən BestApp e-ticarət paketlərinə daxil olan xüsusiyyətlər illərin yığılması və təcrübəsi ilə formalaşıb. İşinizi asanlaşdıracaq bir çox xüsusiyyətlərimizdən xəbəriniz belə yoxdur. Hazır açıq mənbəli pulsuz e-ticarət saytı infrastruktur təminatçıları yerinə, bestapp.az -a üstünlük verin. Premium standartlarda e-ticarət paketindən istifadə edərək satışa rəvan başlayın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir